Sosial şəbəkədə biz:

Paris-2024: Hansı ölkənin medalı çoxdur? - SİYAHI

05 August 2024, 11:58
Gündəm

Parisdə keçirilən Yay Olimpiya Oyunları davam edir. 

Avqustun 5-nə olan məlumata görə, medal sıralamasında ABŞ Çini qabaqlayaraq 1-ci yeri ələ keçirıb - 71 medal. 

İkinci yerdə gələn çinlilərin 45 medalı var.

Fransa 44 medalla 3-cü sırada yerləşir. 

Azərbaycan komandası 2 qızıl medalla sıralamada 21-cidir. 

Türkiyə 49-cu, Ermənistan 51-ci pillədə qərarlaşıb. 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.