Sosial şəbəkədə biz:

Bərdədəki dəhşətli qətlin təfərrüatları - VİDEO

Bu gün səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində dəhşətli qətl hadisəsi baş verib. 1991-ci təvəllüdlü Sədaqət İbrahimova qayını 1995-ci il təvəllüdlü Azər İbrahimov tərəfindən öldürülüb.

Baş verən qətlin təfərrüatları məlum olub.

Azər İbrahimov Sədaqət İbrahimovaya balta ilə xəsarət yetirərək onu öldürüb. Cinayətkarın atası Rəşid İbrahimov deyib ki, hadisə nəvəsinin gözü qarşısında baş verib:

“Mən həyətdə oturmuşdum. Gördüm ki, oradan baltanı götürdü, dedim, yəqin nəsə iş görməyə gedir. Heç fikir vermədim. Sonra balaca qız qışqırdı ki, anamı öldürdü, anamı öldürdü... Gördüm ki, baltalayıb. Epilepsiyadır nədir, ondan var idi. Epilepsiyadandırsa, məni də öldürəydi... Gəlinin 2 uşağı var, biri 3 aylıqdır”

Qeyd edək ki, Azər İbrahimov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

https://www.youtube.com/embed/uPd86EzzhbI


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol