Sosial şəbəkədə biz:

Bu il Azərbaycanda 100 uşaq övladlığa verilib

Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü ilin ötən dövründə 100 uşaq övladlığa verilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 46 nəfəri oğlan, 54 nəfəri qızdır.
“Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.
Agentlik tərəfindən reinteqrasiya tədbirləri də davam edir. Həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 75-i oğlan, 64-ü qız olmaqla 139 uşaq öz ailələrinə  qaytarılıb”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol