Gömrük Komitəsi və Cavanşir Feyziyevə məxsus QSC arasında çəkişmə davam edir
Dövlət Gömrük Komitəsi və "Avromed Company" QSC arasında məhkəmə çəkişməsi davam edir.
Pravda.az-ın xəbərinə görə, Komitə MMC barəsində tərtib etdiyi protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsi ilə əsaslandırıb.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatındadır.
Qeyd: QSC-nin VI çağırış Milli Məclisin deputatı, hazırki seçkilərdə namizəd olan Cavanşir Feyziyevə qeyri-rəsmi məxsus olduğu bildirilir.