Sosial şəbəkədə biz:

Boksçumuz gümüş medal qazandı

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final matçını keçirib.

Belə ki, 92 kq çəki dərəcəsində yarışan təmsilçimiz qazaxıstanlı Lazizbek Mullojonovla qarşılaşıb.

Görüş Qazaxıstan təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə A.Dominqes gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb. Report


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol