Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb
Azərbaycan Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 28-ci pillədə qərarlaşıb.
Hələlik komandanın aktivində 2 qızıl, 2 gümüş və 2 bürünc mükafat var.
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıblar.
İlk "üçlük"də Çin (39 qızıl, 27 gümüş, 24 bürünc), ABŞ (38 qızıl, 42 gümüş, 42 bürünc), və Avstraliya (18 qızıl, 18 gümüş və 14 bürünc) yer alıblar.