Sosial şəbəkədə biz:

Jurnalist Ramil Məhəmmədoğlunun istintaqı yekunlaşdı və iş baxılması üçün məhkəməyə göndırildi

Hazırda həbsdə olan RealMedia.az xəbər portalının Baş redaktoru Ramil Məhəmmədoğlu ilə bağlı ibtidai istintaq yekunlaşıb və iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə məlumatı Azinforum.az-a jurnalistin vəkili Fəxri Rüstəmov verib. Vəkilin sözlərinə görə, istintaqın yekunu olaraq Ramil Məhəmmədoğluna Cinayət Məcəlləsinin 182.2.2 -ci maddəsi ilə ittiham elan olunub: “Məhkəmənin nə vaxt keçiriləcəyi ilə bağlı vaxt dəqiq müəyyənləşməyib. Ramilə 5 epizod üzrə ittiham elan olunub. Təbiidir ki, məhkəmənin gedişində Ramilin günahsız olduğunu sübut etmək üçün dəlillərimizi təqdim edəcəyik və onun həbsdən azad edilməsinə çalışacayıq”.
Qeyd edək ki, Ramil Məhəmmədoğlu bu ilin aprel ayında həbs edilib.

Azinforum.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol