Sosial şəbəkədə biz:

Deputatlığa namizədin bu çıxışı dindarları QƏZƏBLƏNDİRDİ - VİDEO

“Məscidə 50-60 yaşlı insanlar getməlidir, 15-18 yaşlı uşağın məsciddə nə işi var?”

Yenicag.az xəbər verir ki, sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərində 59 saylı Quba seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Əlibala Məhərrəmzadənin bu sözləri birmənalı qarşılanmayıb.

Belə ki, ətrafına topladığı insanlarla danışarkən “Yoxsa gedir məscidə kimsə ona bir təriqət öyrədir, o birində gedib, başqa təriqət öyrənir. Məscidə 50-60 yaşlı insanlar getməlidir, 15-18 yaşlı uşağın məsciddə nə işi var?” deyib.

Onun bu sözləri inanclı insanların yaşadığı Qubanın dindar əhalisinin qəzəbinə səbəb olub.

Xatırladaq ki, Quba rayonu Azərbaycanın müxtəlif dinlərinin nümayəndələrinin və etnoslarının yaşadığı bölgədir. Bu rayon multikultural ənənələri ilə məhşur olan rayonlarımızdan biridir. Deputatlığa namizədin belə çıxışı isə haqlı olaraq əhalinin etirazına səbəb olub.

https://www.youtube.com/embed/P5TnAZTw2Bc


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol