Sosial şəbəkədə biz:

Fəzail Ağamalı Ərdoğana başsağlığı verdi

29 June 2016, 12:02
Gündəm
Ana Vətən Partiyasının sədri millət vəkili Fəzail Ağamalı Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana qardaş ölkədə baş verən qanlı terror aktı ilə bağlı başsağlığı məktubu ünvanlayıb. Azinforum.az həmin mətni təqdim edir: "Hörmətli  Prezident! İstanbul Atatürk hava limanında xaincəsinə terror aktını törədənləri qətiyyətlə lənətləyirəm. Faciə nəticəsində çoxsaylı insan itkisi məni dərindən kədərləndirdi. Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına ağır faciə ilə bağlı dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Şəhid olmuş Türk qardaşlarımıza Allah rəhmət eləsin! Hörmətlə, Millət vəkili Fəzail Ağamalı"