Sosial şəbəkədə biz:

"Qarabağ" - "Dinamo"ya məğlub OLDU

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” səfərdə “Dinamo”nun (Zaqreb, Xorvatiya) qonağı olub.

Belə ki, “Maksimir” stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.

Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol