Sosial şəbəkədə biz:

Rəsmi nikahı olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı məlum oldu

Ötən il Azərbaycanda doğulan 112 min 620 uşağın 14%-i və ya 15 min 622-i rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, son bir ildə bu göstərici aşağı düşüb.
Müqayisə üçün bildirək ki, 2022-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqlar ümumi doğulanların 15,3%-ni təşkil edib.
Son illər ərzində Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalmağa başlayıb. Nikahda olmayan qadınlar tərəfindən ən çox uşaq 2011-ci ildə dünyaya gəlib – 30 min 983 nəfər.
Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən uşaqlar ən çox kənd yerlərində doğulur. Ötən il doğulmuş 15 min 622 uşağın 9 min 603-ü kənd yerlərində, 6 min 19-u isə şəhər yerlərində dünyaya gəlib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol