ANAMA internet üçün “Azercell”ə 106 min manat ödəyəcək
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ölkənin aparıcı mobil operatorlarından biri olan “Azercell Telekom” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə ANAMA “Azercell”dən bir il müddətinə internet alacaq və qarşılığında 105 min 578 manat 40 qəpik ödəyəcək.