Sosial şəbəkədə biz:

“Beynəlxalq Bank” kredit borcuna görə məşhur ayaqqabı şirkətini məhkəməyə verdi

Aktivlərinə görə Azərbaycanın ən böyük bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC tanınmış ayaqqabı istehsalçısı olan “Elmanado” MMC-yə (VÖEN – 3102351871) və Kərimov Kərim Elman oğluna qarşı məhkəmə iddiası qaldırıb.
Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatına verilib.
Bildirək ki, “Paşa Bank” məhkəmə iddiasını kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırıb.
Məlumat üçün bildirək ki, “Elmanado”nun 2010-cu ildən fəaliyyət göstərdiyi bildirilir. Nizamnamə kapitalı 500 manat olan MMC-nin qanuni təmsilçisi Abdullayev Toğrul Taryel oğlu. Mətbuatda gedən məlumatlara görə, Kərim Kərimov “Elmanado”nun təsisçisidir. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol