Sosial şəbəkədə biz:

Azərbaycanda məktəblərin dodaquçuqladan qiymətləri - SİYAHI

Azərbaycanda təhsil pulsuz olsa da, pullu fəaliyyət göstərən özəl məktəblər də az deyil. 

Bu gün ölkəmizdə ümumilikdə 32 pullu məktəb fəaliyyət göstərir. 

İllik ödənişi kifayət qədər yüksək olan bu məktəblərdə ödənilən məbləğə səhər və günorta yeməyi, kitablar və dəftərlər, məktəbli forması, dərsdən sonra məşğələ prosesi, bəzilərində isə nəqliyyat xərcləri də daxildir. Həmçinin, bu məktəblərin bəzilərində qiymətlər ibtidai və yuxarı sinif şagirdləri üçün fərqlidir. 

"Cebheinfo.az" həmin məktəblərdən bəzilərinin qiymətini araşdırıb. 

*“Sabis Sun” Beyəlxalq Məktəbi 

Burada illik təhsil haqqı 17 000 manatdan başlayır. Məktəbdə tədris yalnız ingilis dilində aparılır. Həmçinin, məktəbdəki müəllimlərin 90 faizə qədəri əcnəbidir. 

*“Baku Oxford School” 

Burada da təhsilin illik qiyməti 17 000 manata qədərdir. Məktəbdə yalnız ingilis dilində aparılan tədris metodikası var. 

*Müasir İnnovasiyalar Liseyi 

Burada həm Azərbaycan, həm ingilis dili üzrə bölmə var və qiymət də buna uyğun dəyişir. Ümumilikdə təhsil haqqı 6500 manatdan 8500 manata qədər dəyişir. 

*XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi Burada isə  təhsil haqqı hər kəs üçün eynidir. Yalnız bölmələrə görə qiymət dəyişir. 

Azərbaycan bölməsində təhsil haqqı 8800, ingilis dili bölməsində 12800 manatdır. 

*Avropa Azərbaycan Məktəbi 

Burada da illik təhsil haqqı olduqca yüksəkdir. İbtidai siniflər üçün məbləğ 11 250 manat, yuxarı siniflər üçün isə 17 150 manatdır. Qeyd edək ki, ümumilikdə qiymətlər məktəblərin öz daxili qaydaları əsasında tənzimlənir. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol