Sosial şəbəkədə biz:

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi məlum olub

Azərbaycanın bu il iyulun 1-nə 16 milyard 571,9 milyon manat təşkil etmiş daxili dövlət borcunun 7 milyard 280,7 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 291,2 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat verib. Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 19,5 %-i 1 illik, 67 %-i 2 və 3 illik, 13,5 %-i isə 5 il və daha artıq müddətli olub.

İyunun sonuna dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,51 təşkil edib. Daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli (3 ilə qədər) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik xəzinə istiqrazlarına isə marağın olmaması dövlət istiqrazları üzrə OÖM-nin aşağı düşməsinə səbəb olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol