Sosial şəbəkədə biz:

“Azərsu” izləyicilərin şərh yazmasını məhdudlaşdırıb

Azərbaycan Su Ehtiyatları Dövlət Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (keçmiş “Azərsu” ASC) “Facebook” sosial şəbəkəsindəki rəsmi hesabında dərc etdiyi bəzi məlumatlara izləyicilərin şərh yazmasını məhdudlaşdırıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.
Qeyd edək ki, son günlər Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar bəzi ərazilərdə suyun verilməsində məhdudiyyətlər yaranıb. Vətəndaşlar bildirirlər ki, “Facebook” sosial şəbəkəsindən istifadə edərək məlumat almaq və öz iradlarını bildirmək istəsələr də, tətbiq edilən məhdudiyyət səbəbindən suallarını İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə ünvanlamaqda problemlər yaşayırlar.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, qurumun adı, strukturu dəyişdiyi üçün sosial şəbəkə hesablarında və rəsmi saytda yenilənmə işləri gedir:
“Yenilənmə işləri tamamlandıqdan sonra texniki parametrlər qaydaya salınacaq. Qurumun sosial şəbəkə hesablarının idarə olunmasına cavadeh olan şəxslərin qərarları bütün qaydalar nəzərə alınaraq icra olunur”. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol