Sosial şəbəkədə biz:

Azərbaycanın xarici dövlət borcunun 7 milyard manatdan çoxu bu istiqamətdə XƏRCLƏNİB

Cari il 1 iyul tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 11 milyard 407,1 milyon manat və ya 2024-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 9,4 faizini təşkil edib.

Azinforum.az Maliyyə Nazirliyinin açıqladığı “2024-cü ilin I yarımili üzrə Dövlət Borcuna dair Statistik Bülleten”inə istinadən xəbər verir ki, dövlət zəmanətinin 9 milyard 599,2 milyon manatı (5 milyard 646,6 milyon dollar) və ya 84,2 faizi xarici kreditlərin, 1 milyard 807,9 milyon manatı və ya 15,8 faizi isə daxili kreditlərin payına düşür.
Xarici dövlət zəmanətli borcun 4 milyard 329,7 milyon dollarını və ya 76,7 faizini (7 milyard 360,5 milyon manatı) “Cənub Qaz Dəhlizi” QSC-nin öhdəlikləri üzrə verilmiş dövlət zəmanəti təşkil edir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol