Sosial şəbəkədə biz:

1 300-ə yaxın tələbəyə təhsil krediti verilib

24 August 2024, 00:51
Gündəm

2024-2025 tədris ilinin payız semestrində Təhsil Tələbə Krediti almaq üçün müraciətlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan “Cebheinfo”-ya verilən xəbərə görə, tələbə krediti üçün ümumilikdə 2 594 nəfər müraciət edilib.

Onlardan 1 298 nəfərə kredit verilib. 325 nəfərə sosial, 973 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.

Məlumata görə, müraciətlərin 520-si natamam olub, 150 müraciətə isə imtina verilib.