Sosial şəbəkədə biz:

Pezeşkian Azərbaycan dilində təhsillə bağlı söz verdi

İran Prezidenti Məsud Pezeşkian Urmu gölünün bərpasına və İran Konstitusiyasının ana dilindən istifadəni nəzərdə tutan 15-ci maddəsinin həyata keçirilməsinə söz verib.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, prezident bu barədə güneyli vətəndaş cəmiyyəti fəalı Rəşid Daneşcuyiyə verdiyi müsahibədə deyib.

O, İran Konstitusiyasının 15-ci maddəsinin tələbinin həyata keçirilməməsinə, Urmu gölündə ekoloji böhrana və Güney Azərbaycanın təbii sərvətlərinin talanmasına toxunaraq, Prezident Məsud Pezeşkiandan bu məsələlərlə bağlı planlarını açıqlamasını istəyib. 

Ümumi şəkildə Azərbaycan millətinin səsini unutmadığını bildirən İran prezidenti Urmu gölünün bərpası, Konstitusiyanın 15-ci maddəsinin (ana dilində təhsil) icrası və Güney Azərbaycandakı qızıl mədənlərinin fəaliyyətinin təşkilini davam etdirməyə çalışacağını bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol