Sosial şəbəkədə biz:

”Nihat Quli” ilə münaqişədə olan “Raciq Nijnevartovski” özünü öldürdü

Kriminal aləmin tanınmış simalarından olan - “Raciq Nijnivartovski” üç gün əvvəl Moskva şəhərində özünü hündürmərtəbəli binadan ataraq intihar edib.
Kriminala yaxın mənbələrin Azinforum.az-a verdikləri məlumata görə, Racikin bütün cətinlikləri “Rufo Gəncinski” ilə birlikdə “Nihat Quli” ləqəbli Nihat Maisbəyli barəsində “praqon” gondermesinden sonra başlayıb. Mənbə bildirir ki, Raciq puluna, var-dövlətinə güvənən biri olub: “Nihat isə onunla olan münaqişəsi zamanı yalnız Allaha və haqqa-ədalətə güvəndiyini deyib və bildirib ki, qoy Allah kimin yanındadırsa, o da qalib gəlsin”. Qeyd edək ki, Nihat hazırda Rusiyanın məhz Nijnivartovski şəhərindəki həbsxanalardan birində cəza çəkir.
Rusiya mediasının verdiyi məlumata görə, Nihat barədə verilən həmin “praqon” yezidi əsilli oğrularla, gürcü əsilli oğrular arasında problemə səbəb olmuşdu. Yekun qərar bu olmuşdu ki, Raciq türmələrə olan nəzarəti tam itirir ve bu iş Altay Mamuka adlı kriminal avtoritetə tapşırılır. Bunda sonra Raciqin nəzarətində olan adamlar “Nihat Quli”nin göstərişi ilə həm “zon”larda, həm də azadlıqda cəzalandırılır.
15 gün əvvəl isə onun ən yaxını olan Rəsul adlı şəxsi Nijnivartovski türməsində cəzalandırıb, onu təhqi edib barəsində “praqon” veriblər, hətta onu döyüblər də. Bu addım Racikin nüfuzunu daha da aşağı salıb. 22 avqust tarixində isə oğrular Racikə zəng edərək, artıq kriminal aləmdə soz sahibi olmadığını deyiblər və bundan bir neçə saat sonra onun ozunu Maskvada oldurduyu bildirilir.

Azinforum.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol