Sosial şəbəkədə biz:

Keçmiş işçisi Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

27 August 2024, 08:43
Gündəm

Dövlət Məşğulluq Agentliyinə qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsinin hakim Fuad Babayevin icraatına verilib.
Məhkəmə iddiası Mahmudova Nigar Seydi qızı tərəfindən işə bərpa və əmək haqqı tələbi üzrə qaldırılıb.
Məlumat üçün bildirək ki, Nigar Mahmudova Dövlət Məşğulluq Agentliyində böyük mütəxəssis vəzifəsində işləyib.