Sosial şəbəkədə biz:

Sumqayıt sakinləri qorxu içində - Video

27 August 2024, 10:27
Gündəm

Sumqayıt şəhər, Mehdi Hüseynzadə küçəsi, Sumqayıt Dövlət Texniki Kollecinin həyətindəki irigövdəli ağac ətrafda yerləşən fərdi yaşayış evləri üçün təhlükə yaradır.

Sakinlər bildiriblər ki, 70-ə yaxın yaşı olan bu ağacın zaman-zaman budaqları qopur və yerə düşür.

"Neçə illərdir burada yaşayıram. Bu ağac əvvəldən belə vəziyyətdədir. Hər an aşma təhlükəsi var. Ölçü götürən yoxdur. Müraciət edəndə də deyirlər ki, gəlib baxacağıq", - deyə sakin söyləyib. 

Daha ətraflı Baku TV-nin materialında:

https://www.youtube.com/embed/uCyo87roI10