Sosial şəbəkədə biz:

788 min vergi borcu olan məşhur şirkətin avtomobilləri 4200 manata hərraca çıxarılır

Ölkənin aparıcı şərab istehsalı müəssisələrindən biri olan “Cəlilabad Şərab-2” ASC-yə (VÖEN – 8300165591) məxsus 3 ədəd avtomobil hərraca çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, 2011-ci il istehsalı olan “Hyundai H 100” avtomobillərinin ikisinin ilkin satış qiyməti 4 200 manat, birinin qiyməti isə 4 800 manat təşkil edir.
Bildirilir ki, hərrac sentyabr ayının 6-da Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Qeyd edək ki, “Cəlilabad Şərab-2” ASC-nin hazırda dövlət büdcəsinə 788 min 93 manat 6 qəpik vergi borcu var.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol