Sosial şəbəkədə biz:

Mədəniyyət naziri Naxçıvanda qəbul keçirəcək

28 August 2024, 08:10
Gündəm

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli 2024-cü il sentyabrın 13-də saat 10:00-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur vətəndaşlarını qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, vtəndaşlar 2024-cü il sentyabrın 9-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.