Sosial şəbəkədə biz:

Azərbaycanda ən çox xarici borc cəlb edən dövlət qurumları - SİYAHI

1 iyul 2024-cü il tarixinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 361.3 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə xarici dövlət borc portfelinin 2 milyard 176.687 milyon ABŞ dolları (40.6%-i) büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 3 milyard 184.612 milyon ABŞ dolları (59.4%-i) isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Aşağıdakı cədvəldə 1 iyul 2024-cü il tarixinə dövlət qurumlarının proqram və layihələri həyata keçirmək üçün cəlb etdiyi xarici borcun məbləği verilib.

Dövlət QurumlarıXarici borcun məbləği, min ABŞ dolları
Azəravtoyol1 050 814.8
Dövlət Su Ehtiyatları Agentliyi788 111,1
Azərbaycan Dəmir Yolları729 136,8
NMR Meliorasiya və Su Təsərrüfatı Agentliyi193 006,8
Kənd Təsərrüfatı139 393,8
Digər qurumlar284 148,9


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol