Sosial şəbəkədə biz:

“Komandada çatışmazlıqlar var” - Qurban Qurbanov

Komandada çatışmazlıqlar var və çalışacağıq ki, bunları aradan qaldıraq.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 0:2 hesablı məğlubiyyəti şərh edib: "Məğlubiyyətə görə üzgünük. Futbolçularımın əziyyət çəkdilər. Azarkeşlərimizə də öz təşəkkürlərimi bildirmək istəyirəm. Sonadək bizi qələbəyə səslədiləır. Fərqlənmək üçün bir neçə imkanımız oldu. Təəssüf ki, qol hesabımızı aça bilmədik. Komandada çatışmazlıqlar var və çalışacağıq ki, bunları aradan qaldıraq. "Dinamo" 2 oyun ərzində 5 qol vurub, məncə, əlavə nəsə deməyə ehtiyac yoxdur".

Qeyd edək ki, Zaqrebdəki "Maksimir" stadionunda baş tutan ilk matçda "Dinamo" 3:0 hesablı qələbə qazanmışdı. Report


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol