Sosial şəbəkədə biz:

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yaradılıb

Naxçıvan Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvanda avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yaradılıb və nizamnaməsi təsdiqlənib.

Agentlik Naxçıvanda avtomobil nəqliyyatı sahəsində tənzimləməni, avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirəcək.

Naxçıvan Nazirlər Kabineti agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını təsdiqləyəcək, həmçinin Ali Məclis sədrinin aktlarının həmin fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Ali Məclisinin sədrinə təqdim edəcək. Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə fərmandan irəli gələn digər məsələləri həll edəcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol