Sosial şəbəkədə biz:

Ötən il ölkədə neçə siyasi partiya olub? – Auditorlar Palatası 50, MSK 26 deyir

2023-cü ildə Azərbaycanda 50 siyasi partiya məcburi audit subyekti olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Auditorlar Palatasının illik hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, ötən il ərzində 20 siyasi partiya məcburi auditdən keçib. Bildirilib ki, siyasi partiyaların 60%-i məcburi auditdən keçməyib.
Məlumat üçün onu da qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) 2023-cü ildə ölkədə 26 siyasi partiyanın qeydiyyatda olduğunu açıqlayıb. MSK-nın məlumatında göstərilir ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Açıqlanan rəsmi məlumatdan belə görünür ki, 2023-cü il ərzində 33 siyasi partiya fəaliyyətini dayandırıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol