Sosial şəbəkədə biz:

Qarabağ Dirçəliş Fondu 95 min manata royal alır

Qarabağ Dirçəliş Fondunun “Power on” MMC (VÖEN – 2007638281) ilə satınalma müqaviləsi imzaladığı bildirilir.
 “Power on” MMC Qarabağ Dirçəliş Fondunun sifarişi əsasında bu quruma royal musiqi aləti satacaq və qarşılığında 94 min 585 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, Qarabağ Dirçəliş Fondu tender müsabiqəsi keçirmədən “Power on” MMC ilə bir mənbədən satınalama metodu əsasında müqavilə imzalyıb. Eyni zamanda satınalma dövlət satınalmalarının vahid internet portalından kənar keçirilib.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Onu da bildirək ki, Fonda royal satan “Power on” MMC ilə bağlı Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda heç bir məlumat mövcud deyil. Bu şirkət barəsində açıq internet resurslarda da heç bir məlumat yoxdur. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol