Sosial şəbəkədə biz:

“Arxası üstə yıxılsam da, ifamı dayandırmadım”- Xalq artisti

30 August 2024, 16:49
Gündəm

"Məclislərin birində Arif Babayevi tarda müşayiət edirdim. Məclisin qızğın vaxtı, muğamın ən zil yerində oturduğum stol qırıldı, arxası üstə yerə yıxıldım. Amma çalmağımı dayandırmadım. Muğamı yarıda kəsmək olmaz, günahdır, xanəndə ən zil pərdələrdə oxuyurdu, necə dayanaydım".

Bu fikirləri APA TV-nin "Sözüm var" layihəsinə qonaq olan muğam bilicisi, Xalq artisti, tarzən Vamiq Məmmədəliyev səsləndirib.