Sosial şəbəkədə biz:

POLKOVNİK MƏMMƏDLİ HƏBS OLUNDU

Müdafiə Nazirliyinin daha bir vəzifəli şəxsi həbs edilib.

"Bakı Korpusu"nun yanacaq xidmətinin rəisi, polkovnik Rüstəm Məmmədli Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilib.

O mənimsəmədə və rüşvətalma da təqsirləndirilib. Belə ki, onun korpusun texnikaları üçün nəzərdə tutulan yanacağı sataraq gəlir əldə edərək məniməsəməkdə ittiham olunur. İş üzrə zərərin 100 min manatdan çox olduğu qeyd edilir.

Polkovnik barəsində müstəntiqin vəsatəti əsasında məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol