Sosial şəbəkədə biz:

“Bəs niyə “Renault” və “Citroen” şirkətlərinin baş direktorları həbs olunmur?!" - Kreml

Rusiya hökumətinin “Telegram” messenceri ilə bağlı sualları olub, lakin heç kim onun təsisçisi Pavel Durovu həbs etməyib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.“Əlbəttə, suallar var idi. Amma heç kim onu burada həbs etməyib”, - Peskov jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

Jurnalist müsahibədən bir parçanı teleqram kanalında yerləşdirib.

“Bəli, həqiqətən terrorçular teleqramdan istifadə edir, amma terrorçular avtomobillərdən də istifadə edirlər. Bəs niyə onda “Renault” və “Citroen” şirkətlərinin baş direktorları həbs olunmur?!”, - Kreml nümayəndəsi söyləyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol