Sosial şəbəkədə biz:

İstifadəyə verilən orta məktəblərin sayı kəskin azalıb

Ötən il Azərbaycanda 6 ümumi təhsil müəssisəsi istifadəyə verilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, istifadəyə verilən ümumi təhsil müəssisələrinin sayı əvvəlki illə müqayisədə 5 dəfəyə yaxın azalıb. Belə ki, 2022-ci ildə Azərbaycanda 29 ümumi təhsil müəssisəsi istifadəyə verilib.
Qeyd edək ki, Azərbaycanda ən çox ümumi təhsil müəssisəsi 2005-ci ildə istifadəyə verilib. 2005-ci ildə 194 təhsil müəssisəsinin istifadəyə verildiyi bildirilir. Ümumiyyətlə 2000-ci ildən sonra Azərbaycanda ən az sayda təhsil müəssisəsi ötən il istifadəyə verilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol