Sosial şəbəkədə biz:

"Böyük Britaniyada seçkilər necə keçirilirsə, Azərbaycanda da elə keçirilir" - Lordlar Palatasının üzvü

Böyük Britaniyada seçkilər necə keçirilirsə, Azərbaycanda da elə keçirilir.

"Report" xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Kurban Hüseyn Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar müşahidələrini bölüşərkən deyib.

"Məni buradakı seçkiləri müşahidə etməyə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov dəvət edib. Sizin insanlar olduqca xoşbəxtdir. Çünki Qarabağ 30 ildən sonra azad edilib və bunu insanların simasında hiss etmək olur. Buradakı təcrübəm olduqca xoşdur, seçicilərin çoxu səsvermədə iştirak etdi. Mən Şuşa və Füzulidəki seçkiləri müşahidə etdim. Azərbaycandakı seçki sistemi mənim ömür boyu öyrəşdiyim sistemlə, demək olar ki, eynidir. Bu, mənim xaricdə müşahidə etdiyim ilk seçki idi, ancaq heç bir sürpriz olmadı. Böyük Britaniyada seçkilər necə keçirilirsə, Azərbaycanda da elə keçirilir",- o qeyd edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol