Sosial şəbəkədə biz:

Bütün dairələrdə uduzacağımızı gözləmirdik - Tural Abbaslı

Dünən baş tutan növbədənkənar seçkilərlə bağlı müzakirələr davam edir. Namizədlər və siyasi institutlar seçki prosesini dəyərləndirir, nəticələrlə bağlı fikirlərini bildirirlər.

Bakupostaz xəbər verir ki, namizədliyini 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsindən irəli sürmüş Ağ Partiya sədri Tural Abbaslı da mövzu ilə bağlı fikirlərini Konkret.az-la bölüşüb.

O, nəticələrdən razı qalmadığını gizlətməyib:

“Seçkilərdə 18 namizədlə iştirak edirdik. Gün ərzində müxtəlif məntəqələrdə qayda pozuntusu olduğu barədə məlumatlarlar alırdıq. Düzdür, müəyyən məntəqələr var idi ki, ciddi nöqsanlar olmadı. Ümumilikdə isə hər kəs seçkilərin necə keçdiyini gördü. Hazırda vəziyyəti qiymətləndiririk. Bununla bağlı yekun bəyanat yayacağıq. Ağ Partiya olaraq bütün dairələrdə uduzacağımızı gözləmirdik. Ancaq, nəticələr məlumdur”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol