Sosial şəbəkədə biz:

“Naxçıvan” Universiteti rəsmən ləğv olundu

“Naxçıvan” Universiteti MMC (VÖEN - 0200122341) ləğv olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, “Naxçıvan” Universiteti MMC 2 iyul 1999-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 manat olan universitetin qanuni təmsilçisi Kazımov Anar Altay oğludur.
Məlumat üçün onu da bildirək ki, “Naxçıvan” Universitetinin təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. Ötən ilin əvvəlində “Naxçıvan” Universitetinin təsisçisi dəyişib və universitetə yeni rektor təyin olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol