Sosial şəbəkədə biz:

Azərbaycanda minlərlə insan aliment ödəməmək üçün gizlənir – SİYAHI

Bu ilin ilk yarısında Azərbaycanda 7 min 606 nəfər aliment öhdəliklərini yerinə yetirmədiyi üçün müvafiq dövlət orqanlarından gizlənib.
 Belə ki, dövlət orqanları aliment öhdəliklərini ödəməkdən yayınaraq gizlənən şəxslərin 3 min 174 nəfərinin və ya 42%-nin yerini müəyyən edə bilib.
4 min 432 nəfərin axtarışları isə davam edir.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə aliment öhdəliklərini ödəməkdən yayınaraq gizlənən şəxslərin sayı 7 min 781 nəfər olub.
Qeyd edək ki, son 5 ildə aliment öhdəliklərini ödəməkdən yayınaraq gizlənən şəxslərin sayı aşağıdakı kimi olub:
2020-ci ildə –  9 187 nəfər;
2021-ci ildə – 10 197 nəfər;
2022-ci ildə – 10 578 nəfər;
2023-cü ildə – 11 217 nəfər;
2024-cü ilin ilk yarısında – 7 606 nəfər.

Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol