Sosial şəbəkədə biz:

Nazir polkovniki vəzifəsindən azad etdi 

05 September 2024, 15:01
Gündəm

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi polkovnik Taleh Babayev vəzifəsindən azad edilib. 

Qaynarinfo xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. 

Nazirin digər əmri ilə Taleh Babayev Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin olunub.  

Qeyd edək ki, Taleh Babayev bir müddət əvvəl vəzifəsindən azad edilən Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyevin yerinə gətirilib.