Sosial şəbəkədə biz:

AQTİ 12 min manata saytını yeniləyir

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) keçirdiyi tender müsabiqəsinin qalibi bəlli olub.
Yeniavaz.com xəbər verir ki, AQTİ-nin 12 min manat 60 qəpik dəyərindəki tenderini “Professional İT” MMC (VÖEN - 1401724481) udub.
Şirkət sözügedən məbləğ qarşılığında AQTİ-yə məxsus “afsi.gov.az” veb saytının yenidən qurulması, modulların hazırlanması və bir illik texniki dəstək xidmətini göstərəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat “Professional İT” MMC -nin qanuni təmsilçisi Anoxina İradə Vaqif qızıdır. İradə Anoxina eyni zamanda “Alimok” MMC-nin qanuni təmsilçisi və “Finans Lizinq” ASC-nin Audit komitəsinin üzvü olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol