Sosial şəbəkədə biz:

FAB boyaları haqqında protokola məhkəmədə baxılacaq

Azərbaycanda inşaat məhsullarının aparıcı istehsalçılarından biri olan “Fab Boya və Kimya Sənayesi MMC” MMC (VÖEN – 1000017711) barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
 
“Fab Boya və Kimya Sənayesi” MMC barəsində tərtib olunan protokola Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsinə görə məsuliyyət nəzərdə tutulur.
Qeyd edək ki, “Fab Boya və Kimya Sənayesi” MMC 20 aprel 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin  hüquqi ünvanı Binqəədi rayonu, Xutor sıraları, ec Sıra 15, m. 79-da yerləşir. Şirkətin qanuni təmsilçisi Məhərrəmov Kənan Məhərrəm oğludur. Şirkətin təsisiçisinin isə Anar Səfər oğlu Əliyev olduğu bildirilir. Anar Əliyev eyni zamanda OMİD mağazalar şəbəkəsinin sahibidir. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol