Sosial şəbəkədə biz:

UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya qarşı

Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək. Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gələcək.

Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edəcək.

UEFA Millətlər Liqası
C Liqası, I qrup
II tur
8 sentyabr
20:00. Slovakiya - Azərbaycan
Baş hakim: Damian Silvestrjak (Polşa).
Koşitse, “Koşitse Futbol Arenası”

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol