Sosial şəbəkədə biz:

Millətlər Liqası: Azərbaycan millisi ikinci oyunda da uduzub

09 September 2024, 08:53
Gündəm

Azərbaycan milli komandası sentyabrın 8-də UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Fernandu Santuşun baş məşqçisi olduğu komanda səfərdə Slovakiya yığması ilə üz-üzə gəlib.

Koşitse şəhərində keçirilən oyun saat 20:00-da start götürüb. Qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan yığması UEFA Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç millisinə 1:3 hesabı ilə məğlub olmuşdu.