Sosial şəbəkədə biz:

“Dedi ki, cəhənnəmə oyna, qara-gora oyna, istəmirsən, ərizəni yaz”

Aktyor Corc Qafarov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından ayrılma səbəbini izah edib.

O, "Instagram" səhifəsində bununla bağlı yazıb:

“Yazıblar ki, guya, mən roldan imtina etmişəm, Mehriban Ələkbərzadə də məni çıxarıb. Məsələ belə olmayıb. Mehriban xanım yeni gələndə mən Rusiyada seriala çəkilirdim. Qayıdandan sonra yeni mövsümdə tamaşa qurulurdu: “Əsrə bərabər gün”. 3 manqurtdan birini mən oynayacaqdım. Rolun kiçikliyindən, böyüklüyündən asılı olmayaraq, "Azdrama"da bütün rolları oynamışam. Sadəcə Mehriban xanımın gənc-yaşlı fərqi yoxdur. Bütün teatr aktyorları ilə necə kobud rəftar etdiyini görmüşəm. Bunu hamı görüb, amma qorxurlar. İşlərini itirməkdən qorxurlar, ona görə həmişə onun qarşısında susublar. azal vakansiya

Bir sözlə, teatrdakı vəzifələrini itirməkdən qorxurlar, heç kim dillənmir. 

Məşq sırasında bir dəfə dedi ki, sıfırsan, kobudsan, kötüksən. Səsimi çıxarmadım. Məşqlərin birində dedim ki, Mehriban xanım, mən bu rolu istəyərək oynamıram, özümü narahat hiss edirəm. Rol mənə yapışmır, özümü orada görmürəm, məcbur oynayıram.

Dedi ki, cəhənnəmə oyna, qara-gora oyna, istəmirsən, ərizəni yaz, teatrdan çıx, mən də səni istəmirəm. Nə mən səsimi çıxardım, nə də digər aktyorlar. Kiçiyindən tutmuş böyüyünə kimi...

Teatr olmasa, həyat davam etmir? Yer kürəsi "Azdrama"dan ibarətdir?

Mehriban xanım özünü mənə qəribə hiss etdirdi. Onun kobud sözlərinə dözə bilməzdim. Ona görə işdən çıxdım. Mehriban xanım mənə qarşı artıq-əskik ifadələr işlədib. Sizcə, bu mədəniyyət ocağında bu rejissorla necə yola çıxa bilərəm? Aktyorlar sizin malınız deyil!”


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol