Sosial şəbəkədə biz:

Ağsu xəstəxanasının şöbə müdiri və həkimi məhkəmə qarşısında

Ağsu Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsinin rəisi Arif Talıbov və həmin şöbənin həkim-nefroloqu Ehtibar Soltiyevin yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi başlayacaq. Onlar külli miqdarda dələduzluqda ittiham olunur.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, adları çəkilən şəxslər əlillik dərəcəsi təyin etdirmək, dayandırılmış pensiyaları bərpa etdirmək adıyla müxtəlif adamları aldadıb, onların pullarını ələ keçirməkdə ittiham olunur.

Arif Talıbov, Ehtibar Soltiyev və digərlərilə bağlı istintaq Korrupsiyaya qarşı Mübarizə İdarəsində gedib. Artıq istintaq yekunlaşıb və cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin materiallarında iddia olunur ki, Ehtibar Soltiyev, Arif Talıbov və digərləri birlikdə əlillik dərəcəsinin təyin olunması, dayandırılmış pensiyanın bərpasına köməklik üçün 2022-2023-cü illər ərzində onlara üz tutan adamlardan ümumilikdə 126 min manatdan artıq pul alıblar.

İstintaq dövründə ziyanın 120 min manatı ödənilib.

Ehtibar Soltiyev və Arif Talıbova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Onların heç biri həbsdə deyil. İstintaq dövrü üçün hər ikisinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Onların bu ittihama münasibəti, özlərini təqsirli bilib-bilmədiyi məlum deyil.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol