Sosial şəbəkədə biz:

Azərbaycanda güclü və dağıdıcı zəlzələ gözlənilir? - VİDEO

"Yaxın zamanlarda respublika üçün güclü və dağıdıcı zəlzələ proqnozlaşdırılmır".

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O bildirib ki, hər hansı bir bölgədə maqnitudası 7 və ya daha yüksək olan, böyük fəsadlar və insan itkisinə səbəb ola biləcək zəlzələ gözlənilmir.

Qeyd edək ki, sentyabrın 8-də Göygöl şəhərində 3.2 maqnitudalı zəlzələ olub.Yeraltı təkanlar saat 10:25-də Tovuz stansiyasından 29 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub:

https://www.youtube.com/watch?v=KFWQpbUpC7U


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol