Sosial şəbəkədə biz:

Professor qardaşının həbsindən danışdı: “Dələduzdur”

Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadə qardaşı Qiyaməddin Şəmsizadənin onun adından istifadə etməklə bir neçə şəxsdən külli miqdarda vəsait alaraq mənimsəməsi və həbs edilməsi xəbərinə münasibət bildirib. 

O, qardaşı ilə uzun illərdir ki, danışmadığını deyib: 

“1993-cü ildə Heydər Əliyev Gəncə qiyamını yatırmağa gedən gün Qiyaməddini evdən qovmuşam. O, mənim başıma oyun gətirib. Dələduzdur. Demişəm ki, mənim adımdan istifadə etmə. Aldatdığı adamlar Prezidentə də şikayət yazıblar. 

O, ümumiyyətlə, məni vəzifəyə getməyə qoymayıb. Belə bir adamdır. Düzələn şey deyil. 31 ildir, Qiyaməddinin üzünü görməmişəm. Həbs edilməsindən xəbərim yoxdur. Yaxşı ediblər, həbs ediblər.

Biz ailədə 8 uşaq olmuşuq. Əlbəttə, 8 uşağın biri belə çıxmalı idi. Sadəcə, nə atam, nə də anam günahkardır. Onlar kənd adamları olublar. Onun ölümünü istəmirəm. Çox olub ki, ölümünü istəmişəm. Amma indi istəmirəm, 70 yaşım var. Artıq məndə qardaşlıq hissiyatı qalmayıb, çünki başıma o qədər oyunlar gətirib ki...

70 ilin düz 45 ilini mənə zülm edib. Hər dəfə mənə zəng ediblər ki, Qiyaməddin bunu etdi, filankəsdən pul aldı... Çox vaxt borclarını ödəmişəm, amma mümkün deyil. Südlə gələn xasiyyət canla çıxar...

Mən dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, 40 kitabın müəllifiyəm. Belə adama “qardaş” deyə bilərəmmi? Həmişə mənim hörmətimə, nüfuzuma xələl gətirib. Vaxtilə dövlət mənə cürbəcür vəzifələr təklif edib. O isə gedib axmaq-axmaq sözlər danışıb, həmişə yolumu kəsib”. 

Q.Şəmsizadənin həbsi ilə bağlı xəbəri "Qaynarinfo.az" saytı yayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol