AQTA daha 2 məşhur Fransa şirkətini reyestrə daxil edib
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdən Azərbaycana ixrac həyata keçirən qida obyektlərinin təsdiqi reyestrinə 2 Fransa şirkətini daxil edib.
AQTA Azərbaycana süd məhsulları ixrac edən Fransanın məşhur “Elvır – Elle & Vıre Produıts Laıtıers” və “Lactinov Braine” şirkətlərini qeydə alıb.
Məlumat üçün bildirək ki, AQTA bu günə kimi Azərbaycana qida məhsulları ixrac edən xarici ölklərə məxsus 1 232 şirkəti qeydə alıb. Hazırda reyestrdə 6 Fransa şirkəti var. Onlardan 3-ü ötən ilin dekabr ayında, 1-i isə bu ilin iyul ayında qeydiyyta alınıb. Yeniavaz