Sosial şəbəkədə biz:

“Zəngəzurla bağlı mövqeyimizi İrana izah etmişik” - Zaxarova

12 September 2024, 08:22
Gündəm

Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini İran tərəfinə izah edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Report-un sualını cavablandırarkən bildirib.

“Biz tərəfdaşlarımızla təmasdayıq və bu, daimi təmasdır. Dəhlizlə bağlı bütün izahatları vermişik. Təqdim etdiyimiz arqumentlər Tehranda dinlənilib və qəbul edilib”, - Zaxarova deyib.