Sosial şəbəkədə biz:

Tahir Rzayev: Vacib olarsa, nəinki 2 il, hətta 5 ay sonra seçkilər keçirilə bilər

VI çağırış Milli Məclisin deputatı Tahir Rzayev referendum keçiriləcəyi, yeni formalaşan parlamentin 2 ildən sonra yenidən buraxılacağı barədə iddialara münasibət bildirib. 

Pravda.az xəbər verir ki, o, seçkilərin yenicə bitdiyini, Konstitusiya Məhkəməsinin nəticələri təsdiqləmədiyini xatırladıb:

"Başlayıblar ki, az bir müddətdə yenidən parlament seçkiləri keçiriləcək. Hansı dəyişikliklər olacaq, kim hara gedəcək, haradan gələcək... Fövqəladə hal kimi vacib olarsa, nəinki 2 ildən, lap 1 ildən, hətta 5 aydan sonra da yenidən parlament seçkiləri keçirilə bilər. Amma bu barədə indidən danışmaq, proqnozlar vermək çox çətindir. Buna görə də hər şey reallıqlara uyğun olmalıdır”. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol