Sosial şəbəkədə biz:

Gömrükdə yeni təyinat: Rəis Xalq artistinin oğlu imiş

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun "Azərterminalkompleks" Birliyinə direktor müavini təyin etdiyi Eldar Əzizov Xalq artisti Rafiq Əzimovun oğludur.

Qaynarinfo.az xəbər verir ki, bu barədə Xalq artistinin özü məlumat yayıb.

Aktyor bildirib ki, oğlu Eldar Əzizovun vəzifəyə təyin olunması ilə bağlı xəbəri ona xanımı verib: 

"Çox sevindim, qürurlandım. Yoldaşım məlumatı mətbuatdan oxuyub və mənə zəng edib. Eldar uşaqlıqda aktyor olmaq istəyirdi. 10-cu sinifi bitirənə qədər bu sənətlə maraqlanırdı. Amma bir gün başqa bir sahəyə meyl etdi və biz də onun həvəsini görürdük. Bu gün onun uğurlarını mətbuatdan oxuyuruq".

Eldar Əzimov bundan əvvəl "Azərterminalkompleks" Birliyində Xidmətlərin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol